“Atəşgah Həyat” sığorta şirkətinin yığımları 2 dəfə azalıb.
Eləcə də bax: 14 sığorta şirkəti artırıb, 8-də geriləmə var – SİYAHI, MƏBLƏĞLƏR
FED.az Azərbaycan Respublikası Mərkəzi Bankına (AMB) yə istinadən xəbər verir ki, ötən ilin sonuna olan maliyyə hesabatına görə, “Atəşgah Həyat” sığorta şirkətinin yığımları 2 dəfə azalıb.
Belə ki, ötən ilin sonuna olan göstəriciyə görə, şirkətin yığımları 39 milyon 087 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 2 milyon 102 min manat və ya 34,9% azdır. 2018-ci ildə şirkətin yığımları 60 milyon 107 min manat təşkil etmişdi.
2019-cu ilin sonuna olan məlumata görə, “Atəşgah Həyat” müştərilərinə 19 milyon 131 min manat sığorta ödənişi verib. Bu göstərici 2018-ci illə müqayisədə 4 milyon 411 min manat və ya 29,9% çoxdur. 2018-ci ildə şirkətin ödənişləri 14 milyon 720 min manat təşkil etmişdi.