Azərbaycan həyat sığortası bazarının iştirakçısı olan “Atəşgah Həyat” sığorta şirkətinin yığımları azalmaqda davam edir.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-avqust ayları üzrə açıqladığı rəsmi hesabatına əsasən, son bir illə müqayisədə “Atəşgah Həyat”ın yığımlarında kəskin azalma müşahidə olunub.
Eləcə də bax: “PAŞA Həyat”ın yığımları azalır – RƏSMİ HESABAT
Belə ki, ötən ilin yanvar-avqust aylarında “Atəşgah həyat”ın satış komandası tərəfindən 35,440 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 10,406 mln. manat və ya 42% azalaraq 25,034 mln. manat təşkil edib.
Qeyd edək ki, MBNP-nın cari ilin yanvar-iyul ayları üzrə açıqladığı hesabatında da “Atəşgah Həyat”ın yığım portfeli 9 945 400 manat və ya 31% azalaraq 22 175 600 manat olmuşdu.
Xatırladaq ki, yığımlardakı azalma bütün həyat sığortası şirkətlərinə təsir edib. Belə ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.