“AtaSığorta” ASC-nin rəhbərliyində yeni təyinat olub.
FED.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, Rəşad Əliyev şirkətin Direktorlar Şurasına müstəqil üzv qəbul edilib.
Qeyd edək ki, bununla da “AtaSığorta”nın Direktorlar Şurasında təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda Direktorlar Şurasının sədri Adıgözəl Ağayev, Direktorlar Şuraşının üzvü isə Rəşad Rəsulludur.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.