Bu ilin sonuna Azərbaycanda sığorta yığımları 1 mlrd. manatı ötəcək.
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL, 2023)
FED.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev Azərbaycanda ilk dəfə təşkil olunacaq “Sığorta Festivalı” ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"2021-ci ildən Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində 3 mərhələli layihəyə start verilib. Sonuncu, 3-cü mərhələdə “Sığorta Festivalı” keçiriləcək. Bu ilin I yarısında sığorta bazarındakı artıma nəzər salsaq, 2023-cü ili yüksək artımla başa vuracağımızı ümid edirik", - deyə o qeyd edib. (Apa)