Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Tibbi sığorta xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edir.
Tender ARDNF-in əməkdaşlarının tibbi sığorta xidmətlərini əhatə edir.
Satın alınacaq xidmətlər Azərbaycanda göstərilməlidir.
Tender proseduraları 2 dekabr 2016-cı il, yerli vaxtla saat 11:00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaq.
Tenderdə iştirak etmək istəyən podratçılar tərəfindən 100 (yüz) manat iştirak haqqı ödənildikdən sonra onlara tenderin əsas şərtlər toplusu təqdim ediləcək. İştirak haqqı heç bir halda geri qaytarılmır.