Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobillərin icbari sığortası üzrə sığorta şirkətlərinin şikayət indeksini açıqlayıb.
Eləcə də bax: Azərbaycanın 7 sığorta şirkətinin yığımları azalıb – ADLARI - SİYAHI
FED.az AMB-yə istinadən xəbər verir ki, ötən aya nisbətən şikayətlər 0,31 bənd azalsa da, 6 sığorta şirkəti üzrə sığorta şikayətləri artıb.
Şikayətlərin ən çox artımı “Atәşgah” Sığorta Şirkәti üzrə (0,36), "AZSIĞORTA" (0,16) və "Meqa Sığorta" üzrə (0,11) qeydə alınıb. Sığorta şirkətləri üzrə şikayət indeksləri tam olaraq belədir:
AMB bildirir ki,
“AZSIĞORTA” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılmışdır. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
** “Naxçıvansığorta” ASC üzrә indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanmışdır.
Şikayәt indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.