Azərbaycan İpoteka Fondu (AİF) "Standard Insurance" ASC-ni sığorta agentləri siyahısından çıxarıb.
FED.az APA-ya istinadən xəbər verir ki, bununla Fondun sığorta agentlərinin sayı 16-ya enib.
Bundan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, tənzimləyici iyun ayının sonunadək "Standard Insurance" şirkətinə kapitallaşma problemini həll etmək üçün möhlət verib.
Şirkətin saytında yerləşdirilən açıqlamada deyilir ki, MBNP tərəfindən irəli sürülmüş tələblərin müəyyən edilmiş müddət ərzində qarşılanması istiqamətində müvafiq qərarının qəbul edilməsi gözlənilir: "Kapitalın tələb olunan səviyyəyə çatdırılması ilə bağlı atılacaq addımlar barədə qısa müddət ərzində səlahiyyətli quruma və ictimaiyyətə məlumatlar veriləcək".
"Standard Insurance" Azərbaycan bazarında 2002-ci ilin oktyabr ayından etibarən fəaliyyət göstərir. Şirkətin səhmdarı 1 hüquqi şəxsdir. ASC-nin nizamnamə kapitalı 11 mln. manat olub. Lakin 2017-ci ilin 1 yanvar tarixinə şirkətin nizamnamə kapitalı 44,2% azalaraq 7 mln. 304,219 min manata enib.