“A-Qrup Sığorta” ASC 2018-ci ili 2,163 milyon xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 52,65% çoxdur.
Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 13,998 milyon manat, xərcləri 11,294 milyon manat, mənfəət vergisi ödəmələri isə 541 min manat təşkil edib.
Bu il yanvarın 1-nə şirkətin aktivləri 22,783 milyon manat olub ki, bu da illik müqayisədə 3,5% çoxdur. 2018-ci ildə “A-Qrup Sığorta”nın öhdəlikləri 0,6% artaraq 10,673 milyon manata, balans kapitalı 5,9% artaraq 13,111 milyon manata çatıb.
Eləcə də bax: "A-Qroup"dan əla göstəricilər - RƏQƏMLƏR AÇIQLANDI
@renkinq