Fevralın 13-dən etibarən "A-Qroup" Sığorta Şirkəti Vergilər Nazirliyi tərəfindən şəffaf vergi partnyorluğu statusu alıb.
Şirkətdən verilən məlumata görə, "A-Qroup" sığorta bazarında 21 ildən artıq fəaliyyəti ərzində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və vergiləri tam olaraq vaxtında ödəyir.
"A-Qroup" Sığorta Şirkəti 1995-ci ildə təsis edilib və 14 könüllü sığorta növü üzrə xidmət göstərir. "A-Qroup" dinamik inkişaf edir, sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.