Azərbaycanın maliyyə bazarında hökm sürən çətin vəziyyətə baxmayaraq, "A-Group" sığorta şirkəti nizamnamə kapitalını 2 mln. manat artırdığı elan edib.
Şirkətin yaydığı məlumata görə, bu qərar səhmdarların yığıncağında qəbul edilib.
Hal-hazırda şirkətin nizamnamə kapitalı 8 mln. 5 min 750 manat təşkil edir. "Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasında lazımi prosedurlardan keçəndən sonra şirkətin nizamnamə kapitalı 10 mln. manata çatacaq", - deyə məlumatda bildirilir.