Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si 2018-ci ildəki gəlirlərinin və xərclərinin məbləği barədə məlumat verib ki, bunlardan da 16-sı maliyyə mənfəəti əldə edib.
FED.az xəbər verir ki, 2 şirkətdə bu göstərici 20 milyon manatdan çoxdur.
Bunlar "PAŞA Sığorta" (28,35 milyon manat) və "PAŞA Həyat Sığorta" (26,768 milyon manat) ASC-lərdir.
Qalan 14 şirkətdən 9-nun maliyyə mənfəəti 1-10 milyon manat arasında, 5-nin maliyyə mənfəəti isə 1 milyon manatdan azdır.
4 şirkət isə ötən il maliyyə zərərinə uğrayıb. Bunlar "Atəşgah Sığorta", "Standard Insurance" Sığorta Şirkəti, "Azərbaycan Sənaye Sığorta" və "Atasığorta" ASC-lərdir. Ən çox zərər "Atasığorta"da (7,006 milyon manat), ən az zərər isə "Atəşgah Sığorta"da (770 min manat) qeydə alınıb.
Eləcə də bax: Sığorta pulları dövlət istiqrazlarında – MƏBLƏĞLƏR, SİYAHI
Maliyyə mənfəəti əldə etmiş 16 şirkətdən 8-də bu göstərici əvvəlki illə müqayisədə çox olub. Bunlar "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta", "A-Qrup Sığorta", "Xalq Sığorta", "Atəşgah Sığorta", "Bakı Sığorta", "Qala Həyat Sığorta" ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Ən yüksək müsbət dinamika "PAŞA Sığorta"da (71,9%), ən aşağı müsbət dinamika isə "Azərsığorta"da (1,3%) qeydə alınıb.
4 şirkətin isə maliyyə mənfəəti azalıb. Bunlar "Meqa Sığorta", "İpək Yolu Sığorta", "Günay Sığorta" və "Amrah Sığorta" ASC-lərdir. Ən yüksək mənfi dinamika "Amrah Sığorta"da (88,9%), ən aşağı mənfi dinamika isə "Meqa Sığorta"da (4,3%) baş verib.
2018-ci ili maliyyə mənfəəti ilə başa vurmuş digər 4 sığorta şirkəti - "AXA Mbask" Sığorta Şirkəti, "Azsığorta", "Qala Sığorta" və "Rəvan Sığorta" ASC-lər 2017-ci ili maliyyə zərəri ilə, ötən ili maliyyə zərəri ilə başa vurmuş "Atasığorta", "Azərbaycan Sənaye Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lər isə əvvəlki ili maliyyə mənfəəti ilə başa vurub.
1 sığorta şirkətinin - "Atəşgah Sığorta" ASC-nin isə maliyyə zərəri 25% azalıb.
***
2018-ci ildə mənfəət vergisi ödəmiş sığorta şirkətlərinin sayı 2017-ci illə müqayisədə 4 ədəd çox - 14 olub. Bunlardan 13-ü ötən ili maliyyə mənfəəti ilə başa vurub, 1-i - "Atasığorta" ASC isə maliyyə zərərinə uğramasına baxmayaraq vergi ödəyib. Şirkətlərdən 2-nin ödədiyi mənfəət vergisi 5 milyon manatı üstələyib. Həmin şirkətlər "PAŞA Sığorta" (5,934 milyon manat) və "PAŞA Həyat Sığorta" (5,508 milyon manat) ASC-lərdir. 3 şirkətin mənfəət vergisi ödəmələri 1-5 milyon manat arasında, 9 şirkətin mənfəət vergisi ödəmələri isə 1 milyon manatdan azdır.
Vergi ödəməmiş 6 sığorta şirkətindən 3-ü - "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lər 2018-ci ildən maliyyə zərəri ilə çıxıb. Qalan 3 sığorta şirkəti isə ötən ildən maliyyə mənfəəti ilə çıxmış "Amrah Sığorta" və "Rəvan Sığorta" ASC-lər, eləcə də "Azərsığorta"dır. Bu 3 şirkət əvvəlki il də vergiyə pul ayırmayıb.
2018-ci ildə mənfəət vergisi ödəmiş 14 sığorta şirkətindən 7-də bu məbləğ 2017-ci illə müqayisədə çox olub. Həmin şirkətlər "PAŞA Sığorta", "A-Qrup Sığorta", "Xalq Sığorta", "PAŞA Həyat Sığorta", "Atəşgah Həyat Sığorta", "Bakı Sığorta" və "Qala Həyat Sığorta" ASC-lərdir. Ən yüksək müsbət dinamika "PAŞA Sığorta"da (74,5%), ən aşağı müsbət dinamika isə "Qala Həyat Sığorta"da (8,4%) qeydə alınıb.
3 sığorta şirkətinin isə mənfəət vergisi ödəmələri isə azalıb. Bunlar "Meqa Sığorta" (4,3%), "Atasığorta" və "İpək Yolu Sığorta" (30,4%) ASC-lərdir.
4 sığorta şirkəti - "AXA Mbask", "Azsığorta", "Qala Sığorta" və "Günay Sığorta" ASC-lər ötən il mənfəət vergisi ödəsələr də, əvvəlki il ödəməyiblər. Bu şirkətlərin, eləcə də həm 2018-ci, həm də 2017-ci ildə vergi ödəməmiş "Amrah Sığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Rəvan Sığorta", Standard Insurance" Sığorta Şirkəti ASC-lərin və "Azərsığorta"nın mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
***
Ötən ili mənfəətlə başa vurmuş 16 sığorta şirkətindən 2-də bu göstərici 20 milyon manatdan çoxdur. Bunlar "PAŞA Sığorta" (22,416 milyon manat) və "PAŞA Həyat Sığorta" (21,26 milyon manat) ASC-lərdir.
Qalan 14 şirkətdən 9-nun mənfəəti 1-10 milyon manat arasında, 5-nin mənfəəti isə 1 milyon manatdan azdır.
4 şirkət isə ötən ili zərərlə başa vurub. Bunlar "Atəşgah Sığorta", "Standard Insurance" Sığorta Şirkəti, "Azərbaycan Sənaye Sığorta" və "Atasığorta" ASC-lərdir. Ən çox zərər "Atasığorta"da (7,077 milyon manat), ən az zərər isə "Atəşgah Sığorta"da (770 min manat) qeydə alınıb.
Mənfəət əldə etmiş 16 şirkətdən 8-də bu göstərici əvvəlki illə müqayisədə çox olub. Bunlar "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta", "A-Qrup Sığorta", "Xalq Sığorta", "Atəşgah Sığorta", "Bakı Sığorta", "Qala Həyat Sığorta" ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Ən yüksək müsbət dinamika "PAŞA Sığorta"da (71,2%), ən aşağı müsbət dinamika isə "Azərsığorta"da (1,3%) qeydə alınıb.
4 şirkətin isə mənfəəti azalıb. Bunlar "Meqa Sığorta", "İpək Yolu Sığorta", "Günay Sığorta" və "Amrah Sığorta" ASC-lərdir. Ən yüksək mənfi dinamika "Amrah Sığorta"da (88,9%), ən aşağı mənfi dinamika isə "Meqa Sığorta"da (4,3%) baş verib.
2018-ci ili mənfəətlə başa vurmuş digər 4 sığorta şirkəti - "AXA Mbask", "Azsığorta", "Qala Sığorta" və "Rəvan Sığorta" ASC-lər 2017-ci ili zərərlə, ötən ili zərərlə başa vurmuş "Atasığorta", "Azərbaycan Sənaye Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lər isə əvvəlki ili mənfəətilə başa vurub.
1 sığorta şirkətinin - "Atəşgah Sığorta" ASC-nin isə zərəri 25% azalıb.
"Naxçıvan Sığorta" ASC gəlirlərinin və xərclərinin məbləğini açıqlamayıb.