Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz azaldaraq 52,2 milyon dollara çatdırıb.
Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMA
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,1 faiz azaldaraq 9,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub. (Trend)