İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Archi Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilk dəfə olaraq ölkə xaricində - Gürcüstanda layihə icrasında iştirak edəcək.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti butulka istehsalını artıracaq
FED.az xəbər verir ki, bunu şüşə emalı zavodu “Archi Glass” MMC-nin direktoru Murad Aslanov deyib.
Onun sözlərinə görə, “Archi Glass” Gürcüstanda dənizkənarı ərazidə böyük bir layihənin icrasında iştirak edəcək: “Orada bir neçə sanotoriya tipli bina tikiləcək. Şüşələr hazır vəziyyətdə Gürcüstana aparılacaq və orada salınacaq. Artıq bununla bağlı görüşlər keçirilib”.
Qeyd edək ki, “Archi Glass” MMC-də İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatlar istehsal edilir. Müəssisə şüşələri emal edərək onları mürəkkəb və adi şüşədən daha möhkəm formaya salır. Bu şüşələr şüşə konstruksiyalı yaşayış və qeyri-yaşayış binalarında istifadə edilir. (Azərbaycan iqtisadiyyatı)