Sahibkarlığın İnkişafı Fondu tərəfindən ikinci dəfə keçirilən “Sənayenin inkişafına dəstək” müsabiqəsi çərçivəsində 110 biznes layihəsinə ümumilikdə 46,6 milyon manata yaxın güzəştli kredit ayrılıb.
11 ayda sahibkarlara daha çox güzəştli kredit verən banklar - SİYAHI
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviq edilməsi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında ikinci dəfə keçirilən "Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Görüşdə SİF-in İdarə Heyəti sədrinin müavini Eldar Həmidov iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində kredit təşkilatlarının rolunun əhəmiyyətini vurğulayıb, müsabiqə iştirakçılarına təşəkkür edib. Bildirilib ki, müsabiqə çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri tərəfindən 110 layihəyə ümumilikdə 46,6 milyon manata yaxın güzəştli kredit ayrılıb.
Müsabiqə komissiyasının qərarına əsasən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələri üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə "Rabitəbank" ASC-nin nümayəndəsi Səbuhi Əzizxanlı, 2-ci yerə “Bank Respublika” ASC-nin nümayəndəsi Rəhim Rəhimov, 3-cü yerə "Kapital Bank" ASC-nin nümayəndəsi Səbuhi Yusifzadə layiq görülüb.
Qaliblər diplom və pul mükafatları ilə təltif ediliblər.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən ikinci dəfə keçirilən “Sənayenin inkişafına dəstək” müsabiqəsi çərçivəsində 110 layihəyə ümumilikdə 46,6 milyon manata yaxın güzəştli kredit ayrılıb.
Ətraflı: https://bitly.ws/37ERK