“Bank Respublika” ASC 2023-cü ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
11 ayda 147,4 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİLİB
FED.az xəbər verir ki, SİF-dən verilən məlumata görə, “Bank Respublika” 11 ay ərzində fondun vəsaitləri hesabına sahibkarlara 35 milyon manat məbləğində güzəştli kredit (noyabrda 2,3 milyon manat) verib. Bank tərəfindən 11 ay ərzində 1,028 min güzəştli kredit verilib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (16,5 milyon manat), üçüncü yerdə “Rabitəbank” (15,1 milyon manat) qərarlaşıb.
SİF-in xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə Azərbaycan Beynəlxalq Bankı (11,7 milyon manat) və “AccessBank” (11,5 milyon manat) da daxil olub. “AccessBank” 11 ay ərzində 242 min güzəştli kredit verib.
Qeyd edək ki, “Bank Respublika” 2021-2022-ci illərin yekunları üzrə SİF-in xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank 20,3 milyon manat, 2022-ci ildə isə 28,3 milyon manat güzəştli kredit verib. (İntefaks-Azərbaycan)