“Norm” şirkətinin rəsmi distribütoru səhm bazarına “qapalı” daxil olur.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Lidersement” MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edir.
Qeyd edək ki, “Lidersement” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəhim Rəhimzadədir.
Xatırladaq ki, “Lider Sement” MMC sement məhsullarının topdan satışı və çatdırılması xidməti göstərir.