Azərbaycanda iki böyük zavoda sahib olan və eləcə də xarici məhsulların distributoru olan “Delta Qrup C.O.” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Eləcə də bax: "Sumqayıt-Çörək" mənfəətini - AÇIQLAYIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin kapitalı 5.006 milyon manat (qısa: 5.01 mln.), yaxud 14.3% artımla 40.006 milyon manata çatdırılıb.
Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-nin iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribyutorluq (dağıtım). Əhalinin gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə Şirkətin iki böyük zavodu (“Bismak” və “Çörəkçi”) fəaliyyətdədir.