Çörək və qənnadı məmulatlarının istehsalı və satışı fəaliyyətilə məşğul olan "Sumqayıt-Çörək" ATSC 2021-ci ili 100 min 530 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 65 min 208 manat mənfəət, 52 min 166 manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: Gəncə gil-torpaq zavodu yenidən işə düşəcək - HAZIRLIQ BAŞLADI
"Sumqayıt-Çörək" ATSC 2021-ci il üzrə satışdan gəlirləri və xərcləri barədə göstəriciləri açıqlamayıb. 2020-ci ildə ATSC-nin satışdan gəlirləri 4 milyon 674 min manat təşkil etmişdi.
FED.az şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 31 Dekabr 2021-ci il tarixində "Sumqayıt-Şörək" 1 milyon 498 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 1 milyon 669 min manat cəmi aktivlərə malik idi.
2022-ci il yanvarın 1-nə “Sumqayıt – Çörək” ATSC-nin işçilərin sayı 275 nəfər təşkil edib.
“Sumqayıt – Çörək” ATSC-nin 519 nəfər səhmdarı var. (Marja)