İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupu ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Ağdamdan birbaşa Avropaya ixrac başlayacaq: 10 milyon yatırım - İLDƏ 1 MİLYON CÜT AYAQQABI - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Anlaşma Memorandumunu STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus” şirkətinin Baş direktoru Zoltan Tanko tərəfindən imzalanıb.
Sənədə əsasən, şirkətlər bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bu istiqamətlər arasında “İkarus” avtobuslarının Azərbaycanda istehsalı, illik 100 ədəd avtobusdan 500 ədəd avtobusa istehsal gücünün artırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələlər nəzərdə tutulub.