FED.az xəbər verir ki, indiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Bu barədə məlumatı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 16 fevral tarixində keçirilən Agentliyin ötən il üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Sədr çıxışında sənayə zonalarında görülən işlər haqqında danışıb. Belə ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.