"Prestij-Kimya" MMC-yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib.
Eləcə də bax: Ağdam Sənaye Parkında 4 yeni şirkət - 27 MİLYON MANAT SƏRMAYƏ, 250 YENİ İŞ YERİ
FED.az xəbər verir ki, bunu Tvitter səhifəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.
Nazir qeyd edib ki, yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək.
İnvestisiya dəyəri 4,8 milyon manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək.