Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.
Eləcə də bax: Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə - BAŞLAYIB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq.