Bakıda "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda tədbir keçirilir.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Sahin Mustafayev qeyd edib ki, Azərbaycanın sənaye məhəllələrində qeydiyyatdan keçmiş 36 iştirakçının hesabına ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sənaye məhəllələrində 21 müəssisə istehsal fəaliyyətinə başlayıb, bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq. Sahibkarların maliyyəyə çıxışın təmin edilməsi üçün bu ilin ötən dövründə layihələrin ümumi dəyəri 159,5 milyon manat olan 416 sahibkara geri qaytarılan vəsaitlər hesabına 41,5 milyon manat güzəştli kredit verilib", - deyə o qeyd edib.
Eləcə də bax: Şahin Mustafayev: “Dövlət sahibkarın yanındadır”
“Bu il Azərbaycanın sənaye məhəllələrində 15 müəssisə fəaliyyətə başlayacaq"
10:30
4 İyun 2019