18 iyun 2023-cü il tarixində “EUROPEAN TOBACCO – BAKU” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
"ASK Tütün" nizamnamə kapiatlını 1,5 milyon manat azaldır
- Cəmiyyətin idarəetmə orqanlarının 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə aid illik hesabatının təsdiqi.
- Cəmiyyətin 2022-ci il üzrə xalis mənfəətinin səhmdarlar arasında bölüşdürülməsi və dividendlərin ödənilməsi qaydasının təsdiqi.
“EUROPEAN TOBACCO – BAKU” ASC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 21 nömrəli ünvanda yerləşir.
Şirkətin səhmdarların növbəti ümumi yığıncağı “Qafqaz Business Center”-də (Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12) keçiriləcəkdir.
Qeyd edək ki, “EUROPEAN TOBACCO – BAKU” ASC ilə eyni ünvanda "Baku İnternational Tobacco" MMC (BİT) adlı şirkət də fəaliyyət göstərir. BİT şirkəti MG, RICHARD, VEGAS, ULTRA və ASTRA markalı siqaretləri istehsal edir.
“EUROPEAN TOBACCO – BAKU” ASC 44 milyon 635 min 220 manat, "Baku İnternational Tobacco" MMC 15 milyon 187 min 120 manat nizamnamə kapitalına malikdir.