"ASK Tütün" MMC nizamnamə kapitalını azaltdığını elan edir.
FED.az xəbər verir ki, şirkətin nizamnmə kapitalı 1.500.000 (bir milyon beş yüz min) Azərbaycan manatı məbləğində azaldılaraq 2.648.675 (iki milyon altı yüz qırx səkkiz min altı yüz yetmiş beş) Azərbaycan manatı məbləğində müəyyən edilir. Bu da nizamnamə kapitalının 36,1% azaldılması deməkdir.
Qeyd edək ki, şirkətin əvvəlki, nizamnamə kapitalı 4 148 675 manat idi. Şirkət ötən ilin dekabr ayında nizamnamə kapiatlını 6 148 675 manatdan 2 milyon manat məbləğində azaldaraq 4 148 675 manat müəyyən etmişdi.
Xatırladaq ki," ASK Tütün" MMC ( VÖEN: 1307346031) 17.09.2021-ci ildəd övlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Eldar Məmmədov Hüseyn oğludu. Şirkətin hüquqi ünvanı Az106, Bakı şəhəri, Yasamal rayonu, izmir ev 14-də yerləşir.