Azərbaycan-Özbəkistan kapitallı “Textile Horizon” MMC-yə Mingəçevir Sənaye Parkında rezidentlik verilib.
Sənaye zonalarında indiyədək həyata keçirilən məhsul satışı açıqlandı - MƏBLƏĞ
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, parkda mahlıc, iplik, parça, geyim istehsalı müəssisələri inşa olunacaq, bununla da ölkədə ilk dəfə tekstil sahəsində klasterləşmə formalaşdırılacaq. Almaniyanın, İsveçrənin, İspaniyanın, Türkiyənin qabaqcıl texnologiyalarının tətbiq ediləcəyi müəssisələrdə il ərzində 11,6 min ton iplik, 7,3 min ton xam parça, 6,2 min ton boyalı parça, 11,8 milyon ədəd tikiş məhsulu (geyim) istehsal olunacaq.
İnvestisiya dəyəri 153 milyon manat olan layihə çərçivəsində 2300-dən artıq daimi iş yeri yaradılacaq. Məhsullar həm daxili bazarda satılacaq, həm də ixrac ediləcək.
Müəssisələrin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.