Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodu pambıq yağı istehsalını artırır.
Azərbaycan şirkəti ilk dəfə olaraq Malayziya və Gürcüstana pambıq yağı ixrac edib
FED.az xəbər verir ki, bu barədə ““MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib.
M.Məmmədovanın sözlərinə görə, son mövsümdə (2023-cü ilin oktyabr-2024-cü ilin mart ayları) 3751 ton pambıq yağı istehsal edilib. Bundan əvvəlki mövsümdə isə bu rəqəm 3300 ton olub.
Yeni mövsümdə isə (2024-cü ilin oktyabr-2025-cü ilin mart ayları) təxminən 4000 ton yağ istehsalı proqnozlaşdırılır. Bu həcmin 2000 tonunun rafinə edilmiş (təmizlənmiş), 2000 tonunun isə rafinə edilməmiş formada istehsal edilməsi nəzərdə tutulur. Məhsulun hazırlanması üçün tam olaraq yerli xammaldan istifadə edilir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)