Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodunun istehsal etdiyi məhsullar ilk dəfə olaraq Malayziya və Gürcüstana ixrac edilib.
Özbəkistan şirkəti Azərbaycanda pambıqçılıq klasteri yaradır
FED.az xəbər verir ki, bu barədə “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan bu il Malayziyaya 534, Gürcüstana isə 20 ton pambıq yağı ixrac edib. Zavod pambıq yağını bu iki ölkə ilə yanaşı, Türkiyə və Tacikistana da satıb. Tacikistan MMC-nin ənənəvi ixrac bazarı sayılır.
Zavod bu il istehsal etdiyi pambıq yağının 45 tonunu daxili bazarda satıb, 3542 tonunu isə ixrac edib. Hazırda zavodun anbarında 164 ton pambıq yağı var. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)