Azərbaycan Mərkəzi Asiya ölkəsi olan Tacikistanda alüminium zavodunun yenidən qurulmasına sərmayə yatıracaq.
Tailand-Azərbaycan birgə şirkəti yaradılacaq - Qida əlavələri və dərmanlar - İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilmiş Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasında razılaşma təmin olunub.
Razılaşmaya görə, Azərbaycan "Tacikistan Alüminium Şirkəti" ASC-nin yenidən qurulması üçün kapitalın cəlb edilməsində iştirak edəcək, Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium flüorid idxal ediləcək, Azərbaycandan Tacikistana isə alüminium oksid ixrac ediləcək.
“Tacikistan Alüminium Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (TALCO və ya TALKO) 100% Tacikistan dövlətinə məxsusdur. TALCO respublikanın ən böyük sənaye müəssisəsidir, alüminium isə ölkənin əsas ixrac əmtəəsidir. TALCO dünya standartlı ilk Tacikistan brendidir və məhsulları dünyanın bir çox ölkələrinə ixrac olunur: Türkiyə, Özbəkistan, Yaponiya, Çin, Qərbi Avropa, ABŞ və s.