İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - "Supreme Pharmatech Azerbaijan" MMC qeydiyyata alınıb, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.
Azərbaycanda dərman zavodu tikiləcək - DÖVLƏT ŞİRKƏTİ TÜRKİYƏ ŞİRKƏTİLƏ MÜQAVİLƏ İMZALADI
Bu barədə FED.az-a İZİA-dan bildirilib.
Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Azerbaijan" MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.
İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisəsədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.