"Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC-nin Müşahidə Şurasının (MŞ) iclası keçirilib.
Eləcə də bax: 173 milyon manat gəlirlərə qarşı - 745 Min Manat Xalis Mənfəət!
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Korporasiya məlumat verir.
Məlumata görə, MŞ-nın sədri, səhmdar cəmiyyətinin Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azəralüminium”un 2022-ci ili üzrə büdcə layihəsi, MŞ-nın komitələrinin yaradılması və onun rəhbərlərinin vəzifəyə təyin edilməsi kimi məsələlər müzakirə olunub, Baş direktor və digər vəzifəli şəxslərin məruzələri dinlənilib. Sonda büdcənin tövsiyyə edilən dəyişikliklər nəzərə alınmaqla ASK-nın MŞ-na təqdim olunması üçün razılıq verilib və Cəmiyyətin MŞ-nın fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yardımçı komitələr yaradılıb. Komitələrin rəhbələri MŞ-nın müstəqil üzvlərindən seçilib.