Azərbaycan Sənaye Korporasiyasına daxil olan “Azəralüminium” MMC 2020-ci ili 744 min 842 manat xalis mənfəət ilə başa vurub. 2018-ci ildən 234 min manat zərərlə çıxmış “Azəralüminium” MMC 2019-cu ili 2 milyon 222 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə Şirkətin xalis mənfəəti 3 dəfə azalıb.
Eləcə də bax: Hacıqabul Sənaye Məhəlləsinin rezidentinin yeni istehsal xətti - İşə Düşüb
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azəralüminium”un cəmi gəlirləri 172 milyon 853 min 464 manat, cəmi xərcləri isə 172 milyon 108 min 622 manat təşkil edib.
GƏLİRLƏRİ AZALIB
Ötən il Şirkətin satışdan gəlirləri 172 milyon 821 min 145 manat, satışın maya dəyəri isə 160 milyon 298 min 646 manat olub. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Azəralüminium”un əsas əməliyyat gəlirləri 203 milyon 197 min manat (2018-ci illə müqayisədə 10,7 dəfə çox), satışının maya dəyəri 179 milyon 812 min manat (11 dəfə çox) təşkil etmişdi.
Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesində aparıcı şirkət olan "Azəralüminium" MMC ilkin aluminium istehsalçısıdır. (Marja)