“Azərbaycandakı qum-çınqıl istehsalı ilə bağlı bir sıra karxanalar fəaliyyətini dayandırıb”.
Eləcə də bax: KOBİA: Qum-çınqıl hasilatı sahəsində - Qanunsuz Sahibkarlıq Fəaliyyəti Var
FED.az xəbər verir ki, bunu Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Niyaməddin İskəndərov bildirib.
Onun sözlərinə görə, fasilə yataqlardan düzgün istifadə edilməməsi ilə bağlıdır: "Elə yataqlar var ki, onların istismarı ciddi problemlərə gətirib çıxara bilər, odur ki, onlar istismar edilmir. Məsələn, Quba rayonunda bəzi yataqlar var ki, sahibkarlar uzun müddətdir ki, bu yataqları əldə edib, ancaq heç bir fəaliyyət göstərmirlər. Ancaq bəziləri maddi-texniki baza formalaşdırıb istehsal qurublar. Bu sahə gəlirli sahələrdən biridir. Karxanalar vergi ödəyicisi kimi dövlətə töhfə verir”, - o deyib. (Report)