“ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. Müəssisənin sahibi olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-dən FED.az-a verilən məlumata görə, bu münasibətlə zavodun ərazisinə baxış keçirən “Azərbaycan Sənaye Korporasiyası” ASC -nin baş direktoru Kamran Nəbizadə müəssisədəki mövcud vəziyyətlə tanış olub, lazımi göstərişlər verib.
Eləcə də bax: SOCAR-ın Türkiyədəki investisiyaları 19,5 milyard dollara çatacaq
İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90%-ə çataçağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur.
2018-ci ildə təsis edilən “ASK Şüşə” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir. 22 ha ərazidə yerləşən zavod İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib və regionda ən geniş imkanları olan istehsalçıdır.
Əsas xammalın az hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir. Xammal kimi istifadə olunan şüşə qırıntılarının tədarükü əsasən respublikanın emal müəssisələrindən təşkil olunur.