SOCAR bu vaxtadək Türkiyədəki layihələrinə 15 milyard dollar investisiya yatırıb.
FED.az xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib.
O bildirib ki, SOCAR Türkiyədəki investisiyalarına davam edəcək. İlkin mərhələdə şirkətin bu ölkəyə sərmayə qoyuluşu 19,5 milyard dollara çatacaq.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.
Eləcə də bax: "Petkim" bu il rekord göstəricilərə nail olub