Ağdam Sənaye Parkının yeni rezidenti “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək.
Eləcə də bax: Ağdam Sənaye Parkında 4 yeni şirkət - 27 MİLYON MANAT SƏRMAYƏ, 250 YENİ İŞ YERİ
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Qeyd edilib ki, layihə çərçivəsində müxtəlif növ dəmir yolu avadanlıqları istehsal ediləcək.
İnvestisiya dəyəri 5,7 milyon manat olan müəssisədə 45 daimi iş yeri açılması nəzərdə tutulur.
Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.