Azərbaycanda bu gün koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Artıq aktiv xəstə sayı da 6 mindən aşağı düşüb.
Son sutkada 8 nəfər “COVID-19”dan vəfat edib.