Banner

Sağlamlıq

Yoluxanların sayı 100-dən aşağı düşdü - YENİ RƏQƏMLƏR

Yoluxanların sayı 100-dən aşağı düşdü - YENİ RƏQƏMLƏR | FED.az
18:49 25 Yan 2021

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 273 nəfər müalicə olunaraq sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 229 min 32 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min 565 nəfər müalicə olunaraq sağalıb, 3093 nəfər vəfat edib. Aktiv xəstə sayı 5374 nəfərdir. Ötən müddət ərzində 2 milyon 364 min 809 test aparılıb. Bugünkü test sayı isə 3257-dir. 

Banner

Digər xəbərlər