Azərbaycanda bu gün koronavirus infeksiyasına 2993 yeni yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Yenə də test verən hər 5 nəfərdən 1-də virus aşkar edilib. Aktiv xəstələrin sayı 24 minə çatır.
Son sutkada 15 nəfər COVID-19-dan dünyasını dəyişib.