Virus infeksiyasından sağalan xəstələrin təcridolunma müddəti barədə müxtəlif fikirlər mövcuddur. Hətta virusun 35-90 günə qədər yoluxdurması barədə də nəzəriyyələr var.
Eləcə də bax: TƏBİB: Yoluxma azaldığı üçün bəzi pandemiya xəstəxanalarımız - BAĞLANIB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 21-də keçirdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov məlumat verib.
Həkim-infeksionist deyib: “Lakin Amerikanın Xəstəliklərin Kontrolu Mərkəzinin bütün dünyada apardığı araşdırmalara əsasən xəstəliyi yüngül formada keçirənlərin 10 gündən, xəstəliyi ağır keçirənlərin isə 20 gündən sonra praktiki olaraq başqalarını yoluxdurmadığı və bununla əlaqədar təcridolma tədbirləri görülməsini məsləhət görüb. Xəstələr tamamilə müalicə olunduqdan sonra evə göndərilir”.
"azərtac"