Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.
«Vaksinin insanı hansı müddətdə qoruduğunu - HEÇ KİM BİLMİR» - MÜSAHİBƏ - TİBB.FED.AZ
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
«R- PHARM»in COVID-19-a qarşı mübarizə üzrə - QLOBAL PROQRAMI - TİBB.FED.AZ
Azərbaycanda indiyədək ümumilikdə 234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.
Ölkədə son sutka ərzində 7 444, hazırkı dövrədək isə 2 598 679 test aparılıb.
Qeyd edək ki, 27 Fevral 2021-ci il tarixində 278 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.