“Dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir. Başa düşürəm ki, psixotrop tərkibli dərmanlar var, amma bunları qoyaq bir kənara, insanlar indi xəstəlikdən əziyyət çəkir”.
Xaricdən şəxsi ehtiyaclar üçün dərman gətirilməsinə - LİMİT QOYULUR, QANUNA DƏYİSİKLİK
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.
“Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır. Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan aslıdır”, - deyə V.Əhmədov bildirib.
Deputat Ziyad Səmədzadə qeyd edib ki, adambaşına düşən dərman xərclərinə görə Azərbaycan MDB ölkələrindən fərqlənir: “Xüsusilə şəkər xəstəlikləri üzrə dərmanı qeyd etmək istəyirəm. Türkiyədə bu dərmanı 15 manata alırlar, burada isə qiyməti 78 manatadır. Dərman məsələsi təkcə Dövlət Gömrük Komitəsinin işi deyil, eyni dərmanı gətirən şirkətlərin fəaliyyəti ilə bağlıdır”. (Apa)