"Azərbaycan hökuməti ictimai səhiyyə tədbirlərini zamanında görən ölkələrdən biridir. Sosial həyatın bərpa edilməsi üçün karantin rejiminin yumşaldılması üçün verdiyi qərarın tez və ya gec olmasını bir müddət sonra görəcəyik".
Eləcə də bax: “Əhali özünü karantindən sonra da qorumalıdır” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, xəstəlik sayının artması da verilən qərardan ən azı 10 gün sonra özünü büruzə verəcək:
“Tövsiyəm odur ki, əhali çölə çıxdıqda sosial məsafəni qorumalı, əllərin tez-tez yuyulması, xəstə olan halda evdən çıxılmaması vacibdir”.
Report