Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi Xidmətlər zərfinə daxil ediləcək.
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək: “Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır”. (Apa)










