TƏBİB-in ardınca Səhiyyə Nazirliyi də sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib.
Eləcə də bax: DTX koronavirusla bağlı yalan səsyazısı yayan həkimi saxladı - Video
FED.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan COVID-19 virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir.
Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib.
Nazirlik bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırıb.