Azərbaycanda tanınmış kilininik şəbəkəsi “Baku Medical Plaza”nın (BMB) rəhbəri dəyişib.
TƏBİB-in tabeliyində yeni qurum yaradıldı - Rəhbər təyin edildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətlər qrupu SARA İNVEST-ə daxil olan BMB və ya “İnternational Medical Centre-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə bundan sonra rəhbərliyi Şaiq Bayramov Mahir oğluna həvalə edilib. Şaiq Bayramov “Naxçıvan Bank” ASC və “Rabitəbank” ASC-də çalışıb.
Buna qədər BMB-nin direktoru Pərviz Şükürov Məhəmməd oğlu idi. P.Şükürov 2015-ci il noyabrın 26-dan bu vəzifədə idi.
Qeyd edək ki, “İnternational Medical Centre-Bakı” QSC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun “Babək”, “Mərkəz”, “Medilux” və “İnternational” filialları var.