Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) tabeliyində yeni şirkət təsis edilib, ora rəhbər təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, “Rəqəmsal Tibbi Həllər” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr. ev.206A-da dövlət qeydiyyatına alınıb.
Şirkətə baş icraçı direktor kimi Mehdiyev Ramil Yunis oğludur. R.Mehdiyev bundan öncə İcbari Tibbi Sığorta Agentliyində baş informasiya inzibatçısı idi.
Bundan başqa o, “PAŞA Sığorta” ASC-də çalışıb.