Vladimir Putin Nazirlər Kabineti ilə görüşdə gələn həftədən etibarən koronavirusa qarşı kütləvi vaksinasiyaya başlamaq lazım olduğunu söyləyib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Müvafiq infrastrukturun hazırlanmasını xahiş edirəm. Allaha şükür, peyvəndimiz -50 və -70 kimi qeyri-adi şərtlər tələb etmir, bizdə hər şey daha sadə və səmərəlidir. Digər xəstəliklərdə olduğu kimi, müvafiq qrafik qurulmalıdır”, – deyə dövlət başçısı söyləyib.
Baş nazirin müavini Tatyana Qolikova bazar ertəsi günündən etibarən şöbələrin daha genişmiqyaslı vaksinasiyaya keçməyə hazır olduqlarını, lakin subyektlərlə əlavə məsləhətləşmələrin tələb olunduğunu bildirib.
“Yanvar ayının sonuna kimi 2.1 milyon doza gətiriləcək və biz vaksinasiya kampaniyasını əhəmiyyətli dərəcədə sürətləndirməli olacağıq”, – Qolikova vurğulayıb.
Qeyd edək ki, Rusiyada koronavirusa qarşı vaksinasiya dekabr ayında başlayıb. Peyvənd lk növbədə risk altında olan vətəndaşlara vurulacaq: həkimlər, müəllimlər, sosial işçilər. Daha sonra mədəniyyət təşkilatları, nəqliyyat, energetika və sənaye, KİV, könüllülər, tələbələr, bank və maliyyə sektoru, ticarət müəssisələri və xidmət sahələrinin əməkdaşları peyvəndlə təmin ediləcək.
Heç bir xroniki xəstəlikləri olmayan 18 yaşdan yuxarı olan hər bir kəs vaksinasiya edilə bilər. Hamilə və süd verən qadınlar üçün vaksinasiya qadağandır.