Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.
Eləcə də bax: Ölkədə yalnız aptek və ərzaq mağazaları işləyəcək
FED.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.
Məlumat üçün qeyd edək ki, bütün qapanmalar yalnızca şənbə və bazar günlərinə aiddir, digər bütün günlər kafe və restoranlar daxil olmaqla bütün yerlər fəaliyyət göstərəcək.