Səhiyyə Nazirliyi sosial şəbəkələrdə reklam olunan dərman preparatları və onu reklam edən şəxs haqda məlumat yayıb.
FED.az "Qafqazinfo.az" xəbər verir ki, məlumatda nazirliyin həmin preparatlara görə heç bir məsuliyyət daşımadığı qeyd olunub:
Eləcə də bax: Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda - SİQARET ÇOX UCUZDUR
“Bəzi KİV-də (İnstagram) Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub. Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib”.